Ekstoniya Bankı üzərində «Slava Ukraine» (Ukraynaya eşq olsun) yazılmış 2 avroluq sikkələr buraxıb.
Azərbaycanda bankın daşınmaz əmlakı - SATIŞA ÇIXARILIR - ŞƏRTLƏR
FED.az xəbər verir ki, yeni sikkələr satışa çıxarılıb və onun satışından gələn vəsait Ukraynanın Azadlıq Mübarizəsinin dəstəklənməsinə yönəldiləcək. Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb və 2014-cı ildən işğal edilmiş Kramdan sonra ölkənin əlavə bir hissəsini də işğal edib.
2 avroluq sikkələr 18 avrodan satılacaq, İnternet mağazadan eyni zamanda maksimum 50 sikkə almaq olar. Hazırda satışa 40 min belə sikkə buraxılıb, amma tələbat artıq olsa, Estoniya Bankı əlavə buraxılış da edəcək.
«Sikkələrin dizaynı xüsusi olaraq gənc ukraynalı dizayner Darya Titova tərəfindən hazırlanıb, hansı ki, Estoniya incəsənət akademiyasında təhsil alır»-deyə bank bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Mərkəzi Bankı üzərində Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasının şəkli olan 5 qrivenlik xatirə sikkələri buraxmışdı.