Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirakla bağlı hələlik yekun qərarı yoxdur.
"COP29-da iştirakla bağlı Ermənistana dəvət göndərilib, hər səviyyədə qonaq qəbul etməyə hazırıq"
FED.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
O deyib ki, bunun üçün ilk növbədə həmin konfransın ölkəyə hansı faydaları verəcəyi müəyyənləşdirilməlidir. (Apa)