COP29-da iştirakla bağlı Ermənistan tərəfinə dəvət göndərilib.
COP29 dönəmində bu şəxslər avtobus və metrodan pulsuz istifadə edəcək
FED.az xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov bildirib.
“Ermənistan tərəfinə dəvət göndərilib. Biz hər səviyyədə qonaq qəbul etməyə hazırıq”, - Elnur Soltanov vurğulayıb.
Baş icraçı direktor Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın “Ermənistan noyabr ayında Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır” fikrinə də münasibət bildirib.
Elnur Soltanov qeyd edib ki, COP-29-dan hər hansı bir ölkənin öz maraqlarını qəbul etdirmək üçün sui-istifadə edilməməlidir: “COP-29-un Azərbaycanda olması Azərbaycan və Ermənistanın qarşılıqlı dəstəyi ilə baş verdi. Bu momentumun güclənməsi və ölkələrimiz arasında qalıcı sülhə imza atılması arzuediləndir. Ancaq bu, hər iki ölkənin iradəsi, qarşılıqlı razılaşma, uzlaşma ilə baş tutmalıdır”. (Apa)