Səudiyyə Ərəbistanı həcmi - 12 milyard dollar olan Həcc ziyarətini daha da böyük etmək üçün yeni texnologiyaların tətbiqinə başlayıb. Qeyd edək ki, Həcc - sağlam bədənləri və sağlam cüzdanları olan bütün müsəlmanlar tərəfindən edilməli olan ziyarət sayılır.
Ziyarətdən böyük pullar götürən Səudiyyə artıq bu sahəyə yatırım etməyə başlayıb. Əvvəlki illərdə infrastrukturun təkmil olmamasa böyük faciələrə səbəb olmuşdu. Belə ki, 2015-ci ildə baş verən basabasda 2,2 min nəfər həlak olmuşdu.
Bu il isə 2 milyondan çox ziyarətçini qəbul edəcək Səudiyyə Ərəbistanı, ziyarəti asanlaşdırmaq üçün yüksək texnoloji həllər tətbiq etməyə başlayıb və artıq bura 12 milyard dollar yatırıb.
Həcc ziyarəti böyük pul təoəb edir
Ömrü boyu ən azı bir dəfə İslamın ən müqəddəs şəhərinə səyahət etmək dini bir vəzifə olduğuna görə, müsəlmanlar Həcc ziyarətinə getmək üçün böyük pul yığır.
Müxtəlif ölkələrdə Həccə sərfə edilən vəsait fərqlidir. Məsələn, Hindistandakı müsəlmanlar səfər etmək üçün illik məvacibinin üçdə birini ödəməlidirlər. Amerikadakı müsəlmanlara isə Həcc ziyarəti azı 10 min dollara başa gəlir. Bəzi ölkələrdə isə müqəddəs Həcc ziyarətləri şansı lotereyada oynanılar.
Həcc növbəsi 580 il çəkə bilər
Amma Məkkə dünyanın bütün müsəlmanlarını ziyarətçi kimi qəbul edə bilmir. Belə ki, indiki sürətlə getsə, dünyanın hər bir müsəlmanı Həccə gemək üçün 580 il növbəyə durmalıdır. Buna görə də Krallıq Həcc infrastrukturunu genişləndirmək istəyir. Artan insanların sayını artırmaq üçün Krallıq izdihamın idarə edilməsinə kömək edəcək yeni infrastruktur və sistemlər qurmağı planlaşdırır.
İndiyədək Məkkə ilə Mədinə arasında yüksək sürətli dəmir yolu bağlantısı qurulub. Zəvvarları nəqliyyat vasitələrini idarə etməkdə kömək etmək üçün pilot proqramı başlanıb və izdihamın hərəkətini izləmək üçün 6 stansiya boyunca 350 sensor quraşdırılıb.
İşlər plan üzrə getsə, Həccə gedənlərin sayı indiki ildə 2 milyon nəfərdən 2030-cu ildə 30 min nəfərə qalxacaq.
Səudiyyə Ərəbistanı «Həcc layihəsi»nə – 12 MİLYARD DOLLAR YATIRIR

09:33
14 Avq 2019