Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib.
FED.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Xatırladaq ki, son günlər Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli rəsmiləri ilə bağlı bir sıra antikorrupsiya korrupsiya əməliyyatları həyata keçirilib. Dövlət Təhlükəsizlik Xidmətinin də cəlb olunduğu əməliyyatlarda Komitənin bir neçə yüksək vəzifəli rəsmisi, o cümlədən
Dövlət Gömrük Komitəsi yanında «Azərterminalkompleks» birliyinin direktoru Ehtiram Xəlilov,
Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev,
Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov,
Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulov çoxsaylı pozuntulara görə həbs ediliblər.
DTX Gömrük Komitəsindəki əməliyyatla bağlı - AÇIQLAMA YAYDI