“Azərbaycanda Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” hazırlanır”.
Eləcə də bax: Azərbaycandakı su obyektləri - DÖVLƏTSİZLƏŞDİRİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib.
Onun sözlərinə görə, strategiya 18 illik müddəti əhatə edəcək.
“Su sahəsində instisional dəyişikliklərə gedilməlidir. Suyun bir yiyəsi olmalıdır. Biz bununla bağlı təklif vermişik”, - deyə nazir müavini qeyd edib.