Azərbaycan əraisində mövcud olan su obyektləri dövlətsizləşdiriləcək.
Eləcə də bax: Azərbaycanda yeni su anbarlarının yaradılmasına - BAŞLANILIB
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib.
Onun sözlərinə görə, su obyektlərinin elektron və avtonom idarə olunması, onların uçotunun düzgün qurulması, həmçinin su istifadəçilərinə suyun verilməsi zamanı uçotun düzgün qurulması ən önəmli məsələlərdən biridir.
"Gələcəkdə onların dövlətsizləşdirilməsi məsələsi müvafiq tədbirlər planında öz əksini tapıb. Bundan başqa, bu sahənin subsidiyalaşdırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparmışıq", - deyə R. Aslanov qeyd edib.
Qeyd edək ki, dövlətsizləşdirmə mövcud təsərrüfat sisteminin dağıdılmasına və iqtisadiyyatın dövlətdən asılı olmayaraq fəaliyyət göstərməsinə istiqamətlənmiş dəyişilməsinin bütün kompleksini əhatə edir. Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Dövlətsizləşdirmə özəlləşdirmə ilə sıx əlaqədədir. (Apa)