Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.
Eləcə də bax: Ukraynaya 75 raket atılıb, 41-i göydə vurulub
FED.az xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.
O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.
Dağıntı və tələfatla bağlı araşdırma aparılır.
Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub. (Report)