Xəbər verildiyi kimi, bu gya tərəfi Ukraynanın şəhərlərini və mülki infrastrukturunu rakeet atəşinə tutub.
Eləcə də bax: Kiyevə atılan raketlərdən biri Zelenskinin ofisinin yaxınlığında - PARTLAYIB
FED.az xəbər verir ki, Ukrayna Silahlı qüvvələrinin komandanı Valeri Zalujnıy vəziyyət barədə məlumat verib. O bildirib ki, Rusiya hərbi qüvvələri Ukraynaya 75 raket atıb, onlardan 41-i Hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
«Hücum davam edir, hamını sığınacaqlarda gözləməyə çağırırıq»-deyə hərbçi bildirib.
Xatırladaq ki, Ukraynaya raket zərbələri fonunda bu gün Rusiyada rubl dollar qarşısında ucuzlaşıb.