Rusiyanın Rostov vilayətinin Simlyanski rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.
Rusiyanın bir neçə vilayətinə PUA hücumu olub, "Lukoyl" neft anbarında yanğın başlayıb
FED.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubyev özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, insident yerli vaxtla saat 4 radələrində (Bakı vaxtı ilə 05:00 - red.) baş verib.
Yanğın üçüncü dərəcəli olub. Hadisə yerinə yanğınsöndürənlər, 49 nəfər və 14 texnika cəlb olunublar. (Oxu.az)