Rusiyanın Oryol vilayətində neft anbarı yanır.
FED.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlkin məlumata görə, yanğın pilotsuz uçuş aparatının hücumu nəticəsində başlayıb.
Yerli sakinlərin sözlərinə görə, onlar yanğın başlamazdan əvvəl partlayış səsi eşidiblər.
Hazırda bir neçə yanğınsöndürmə briqadası hadisə yerindədir. Mənbələrin məlumatına görə, itki yoxdur.
Hələlik heç bir rəsmi şərh yoxdur.
Oryol vilayətinin qubernatoru yanğının səbəb PUA-nın düşməsi səbəbindən baş verdiyini deyib.
Nijni Novqorod vilayətində də "Lukoyl" neft anbarına pilotsuz uçuş aparatı ilə hücum edilib.
Hadisə ilə bağlı "Lukoyl" şirkəti qurğunun işini dayandırıb.
Məlumata görə, PUA səhər saat 5-ə yaxın Kstovo müəssisəsinin ərazisinə düşüb və yanğın başlayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Eyni zamanda, Belqorod vilayətində dron hücumuna görə, elektrik xətləri zədələnib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb.
Yaralanan olmayıb. (Apa)