“Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliya mediasına müsahibəsində Rusiya barədə verdiyi açıqlamaları qəbuledilməzdir”.
Ermənistan NATO-ya - DƏVƏT EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbədən məlumat verilib.
Bildirilir ki, Moskva N.Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərdən son dərəcədə narazıdır:
“Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırıb çıxarmaq istəyirlər və bu məqsəd üçün İrəvandan vasitə olaraq istifadə edirlər. Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərini “asılılıq” kimi deyil, bərabərhüquqlu səmərəli tərəfdaşlıq kimi qiymətləndirir. Rusiya Ermənistanın yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək niyyətində deyil”.
Qeyd edək ki, Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində təhlükəsizlik sahəsində Rusiyadan asılı olmağı səhv adlandırıb. Onun sözlərinə görə, Ermənistan strateji təhlükəsizliyini qurarkən tək Rusiyaya arxalanmamalı idi.