Rusiya hökuməti Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib.
Rusiyanın reytinqi «zibil»dən də aşağı salındı – «BORCLARINI ÖDƏMƏYƏCƏK» - DETALLAR
FED.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
İnvestisiya analitiki: «Putinin Rusiya rəhbəri kimi cəmi 1 il, bəlkə daha az vaxtı qalıb»
Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, (o cümlədən Cersi, Angilya, Britaniya Virciniyası adaları, Cəbəllütariq), Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxildir.
Avropa İttifaqına daxil olan ölkələr: Avstriya, Belçika, Bolqaristan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç, Estoniya.