Rusiya prezidenti Putin Ukraynaya hücum edib müharibəyə başlamaqla son nəticədə öz hakimiyyətini də itirə bilər.
FED.az xəbərp verir ki, bu barədə «Clocktower Group» şirkətinin baş strateqi Marko Papiç bildirib. Onun sözlərinə görə, Putin Rusiyada hakimiyyətini 12 ay ərzində itirəcək.
Ekspert bildirir ki, Putinin Ukraynaya hücum qərarı səhv olub. Özü də ekspert bunu deyərkən Rusiyaya indiyədək qardaş ölkə sayılan Ukraynaya hücumun mənəvi tərəflərini nəzərdə tutmur.
Onun sözlərinə görə, Putin Ukraynaya hücum edərkən öz ölkəsinin maddi məhdudiyyətlərini nəzərə almayıb. Rusiya qoşunları döyüş əməliyyatları üçün kifayət qədər təcrübəyə malik deyilmişlər və Ukraynada böyük müqavimətlə rastlaşıblar.
«Ukraynalılar çox inadkarlıqla vuruşurlar, ikincisi rus hərbçilərində döyüş təcrübəsi azdır, üçüncüsü Ukrayna hücum etmək üçün logistika baxımından da çətin ərazidir. Buna görə də belə məhdudiyyətlər yaranır».
Papiç beynəlxalq sanksiyaların Putinin davranışına və onun devrilmə ehtimalına təsiri barədə də danışıb. «Mən putinə 12 və ya daha az vaxt verirəm. Siyasətçilər maddi məhdudiyyətləri nəzərə almadan qeyri-adi dərəcədə pis qərarlar qəbul edəndə onları cəzalandırırlar. Bu (yəni Ukraynaya hücum – FED.az) çox, çox hiddətləndirici siyasətçi səhvidir. Mən bunu deyəndə obyektiv reallığa əsaslanıram, hələ dinc sakinlərin həlak olmasını və Rusiyanın bütün dünyada təcrüd olunmuş imicini nəzərə almıram».
Qeyd edək ki, «Clocktower Group» şirkəti aktivlərin idarə edilməsi, investisiya konsaltinqi və hec fond məsləhətləri ilə məşhuldur. 2007-ci ildə yaradılan «Clocktower Group» ABŞ şirkətidir və «Drobny Capital» adı ilə də tanınınr.