Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə münasibət bildirib.
“Rusiya Paşinyanın açıqlamasından son dərəcə narazıdır”
FED.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə rəsmi İrəvanın bu addımının Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcəyi ilə bağlı suala cavab verib, bildirib ki, Rusiya Ermənistan tərəfindən bu haqda izahat istəyib.
“İrəvanın təqdim edəcəyi cavabın məzmunundan çıxış edərək gələcək addımlarımızı müəyyən edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.
Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir. (Apa)