“Rusiya heç kəsdən qorxmur, hətta ABŞ-dan da...”.
Eləcə də bax: ABŞ Dövlət katibi: "Rusiyanın köhnə SSRİ-nin bərpası cəhdləri qəbuledilməzdir"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə Lavrov-Blinken danışıqları öncəsi bildirib.
"Biz heç kəsdən qorxmuruq, hətta ABŞ-dan da...”, - deyə Lavrovun müavini ABŞ-ın CBC telekanalının jurnalistinin “Rusiyanı Ukrayna qorxudur? Siz niyə Ukraynadan qorxursuz? Niyə hesab edirsiniz ki, özünüzü müdafiə etmək lazımdır?” sualına cavabında deyib.