“Biz təsir dairələri dünyasına qayıda bilmərik”.
Eləcə də bax: KTMT-nin Qazaxıstana göndərəcəyi sülhməramlılarının funksiyası - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində jurnalistin "Putini hərəkətə gətirən şey köhnə Sovet İttifaqını bərpa etmək istəyidir?" sualına cavabında deyib.
“Düşünürəm ki, bu doğrudur. Düşünürəm ki, prezident Putinin məqsədlərindən biri əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində yenidən təsir dairəsini yaratmaqdır.
"Rusiyanın köhnə Sovet İttifaqını bərpa etmək istəyi qəbuledilməzdir. Biz təsir dairələri dünyasına qayıda bilmərik. Bu, qeyri-sabitlik, qarşıdurma, dünya müharibələrinə səbəb olan metod idi. Biz buna qayıtmırıq”, - Blinken bildirib.