Qazaxıstanda törədilmiş iğtişaşlarla bağlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanan şəxslərin sayı 8 minə çatır.
Eləcə də bax: Qazaxıstanda etiraz aksiyalarında iştirak edən 4000-dən çox şəxs - SAXLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan qurumlarının rəsmi informasiyasını yayan operativ qərargahdan bildirilib.
"İndiyədək ölkə üzrə 7 939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları Milli Qvardiyanın hərbçiləri və xüsusi bölmələrlə birgə Almatının iki bazarında 207 nəfəri saxlayıb. Polis qaçırılmış beş avtomobil, ticarət malları, odlu və soyuq silahlar müsadirə edib”, - deyə məlumatda qeyd olunur.