İndiyə qədər Qazaxıstanda etiraz aksiyalarında iştirak edən 4000 nəfərdən çox şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Eləcə də bax: Qazaxıstandakı etiraz hərəkatının lideri - KEÇMİŞ BANKİR İMİŞ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, hazırda ölkənin müxtəlif regionlarında aksiyalarda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması davam edir və indiyə qədər 4404 nəfər saxlanılıb.
Nazirlik bildirib ki, Aktobe şəhərində və bölgədə hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin mühafizəsini təmin edir və bu bölgədə vəziyyət tam nəzarət altındadır.