Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ölkəsinin bir neçə rusiyalıya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Eləcə də bax: Putin iclas keçirdi - SANKSİYALARDAN DANIŞDI
FED.az xəbər verir ki, yeni sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, Putinin iki əmisi oğlu İqor və Roman Putin, eləcə də Vladimir Putinin digər qohumlarına şamil edilib.
Bununla yanaşı, rusiyalı gimnast Alina Kabayeva və onun nənəsi Anna Zaçepilina da sanksiya siyahısına daxil edilib.
Sözügedən şəxslərin aktivləri dondurulacaq və Britaniyaya girişlərinə icazə verilməyəcək.(Qafqazinfo)