Qərbin Rusiyaya qarşı sanksiyaları daha çox o sanksiyaları tətbiq edən ölkələrə zərər vurur, həmçinin, qlobal böhran doğurur.
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib.
Putin sanksiyalara görə, ayrı-ayrı Avropa ölkələrində inflyasiyanın 20%, avrozona üçün isə ümumilikdə 11% artdığını qeyd edib.
“Rusiyaya qarşı sanksiyaların qlobal nəticələri, o cümlədən bəzi ölkələrdə aclığın baş verməsi dominantlıq naminə qalan dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq”, - Putin vurğulayıb.
Rusiya lideri ölkəsinin sanksiyaların təsirindən uğurla çıxacağını bəyan edib. (Apa)