“Öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq”.
Eləcə də bax: ABŞ Dövlət katibi: "Rusiyanın köhnə SSRİ-nin bərpası cəhdləri qəbuledilməzdir"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı söyləyib.
O, sülhməramlı kontingentin Qazaxıstanda qədər lazım olacaqsa, o qədər də qalacağını əlavə edib.
“Əminəm ki, ən qısa zamanda Qazaxıstanda vəziyyət stabilləşəcək. Qazaxıstandakı hadisələr kənar müdaxilələrin nə ilk, nə də son nümunəsidir. Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik”, – Putin qeyd edib.