Rusiya “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”nda, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək.
Eləcə də bax: “LXR” və "DXR" separatçıları Rusiyaya birləşmək üçün referendum - TƏYİN EDİB
FED.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
“Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şey edəcəyik”, - deyə Putin bildirib.
Rusiya lideri əlavə edib ki, bölgə əhalisinin çoxluğunun referendumda qəbul edəcəyi qərarı dəstəkləyəcəklər.
Qeyd edək ki, “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməyə dair sentyabrın 23-27-dək referendum keçiriləcək. (Apa)