Qondarma “Luqansk Xalq Respublikası”nın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək.
Eləcə də bax: Ukrayna müharibəyə hər ay - 5 MİLYARD DOLLARA YAXIN PUL XƏRCLƏYİR
FED.az xəbər verir ki, bu barədə qondarma “LXR”in lideri Leonid Paseçnik bildirib.
Onun sözlərinə görə, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək.
"Donetsk Xalq Respublikası" separatçıları da Rusiyaya birləşmək üçün referendum təyin edib. Belə ki, referendum sentyabrın 23-dən 27-dək keçiriləcək. (Apa)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








