Rusiya prezidenti Vladimir Putin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VI sammitində çıxışı zamanı bildirib ki, Rusiya qlobal maliyyə sisteminin prinsiplərinə yenidən baxmağa çağırır. Onun sözlərinə görə, Rusiyanın Asiyadakı bir çox tərəfdaşı bunu istəyir.
Eləcə də bax: Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı - TƏKLİF EDİB
FED.az xəbər verir ki, Putin bildirib ki, bu maliyyə sistemi sayəsində uzun onilliklər ərzində bütün kapital və texnologiya axınlarını “bağlayan” və “özünü qızıl milyard” adlandıranların çox hissəsi "başqalarının hesabına" mövcud ola bilib.
Qeyd edək ki, dünyada «qızıl milyard» deyildikdə ABŞ və Kanada, eləcə də Avrpa İttifaqı ölkələrində və Yaponiyada yaşayanlar nəzərdə tutulur.
Putin bildirib ki, Rusiya enerji daşıyıcılarının satışında milli valyutalarda hesablaşmalara keçməyə davam edəcək.
Putin bildirib ki, dünya iqtisadiyyatı və energetikası hazırda qiymətlərin qeyri-sabitliyi və bazardakı balanssızlıq ilə bağlı kəskin böhran yaşayır.
Rusiya prezidenti eyni zamanda Qərbin hakimiyyəti illərində Əfqanıstana dəymiş zərərin ödənilməsini, bu ölkənin xaricdə qanunsuz olaraq bloklanmış hesabların bərpasını tələb edib.
O bildirib ki, Əfqanıstan hələ də regionun təhlükəsizliyi üçün ən kəskin çağırışlardan biridir. O xatırladıb ki, bu ölkə 20 ildən artıq ABŞ və NATO-nun nəzarəti altında olduğuna görə, terror təhlükələrinin öhdəsindən təkbaşına gələ bilmir. Putin qeyd edib ki, bunu çoxsaylı terror aktları, o cümlədən sentyabrın 5-də Rusiyanın Kabildəki səfirliyində baş verən partlayış da təsdiqləyir.