"Qərbin sanksiyaları bütün qlobal iqtisadiyyata ciddi zərbə vurdu və dünyada ərzaq problemləri olacaq".
Eləcə də bax: Zelenski: “Sanksiyaları alqışlayıram, lakin onlar Rusiyanı dayandırmır”
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vldimir Putin bildirib.
Putin bildirib ki, Rusiya Qərbdən fərqli olaraq xarici şirkətlər üzərində mülkiyyət hüququna hörmətlə yanaşacaq.
Putin əmindir ki, Rusiyanın Qərbdəki hesablarının bloklanmasından sonra bir çox ölkələr öz ehtiyatlarını mallara çevirəcək və bu, kəsiri artıracaq.
"Rusiyaya qarşı sanksiyalar avropalıların və amerikalıların özlərinə zərbə vurur, “xəstə başdan sağlam başa keçməyə ehtiyac yoxdur”, - Putin deyib.
Putinin çıxışından əsas məqamlar:
- Putin Donbass sakinlərinin 8 il ərzində əsl soyqırıma məruz qaldığını bildirib.
-"Kiyev 8 il ərzində Minsk razılaşmalarına məhəl qoymadı və sabotaj etdi, 2021-ci ilin sonunda isə onları həyata keçirməkdən açıq şəkildə imtina etdi", - Rusiya Federasiyasının prezidenti bildirib.
- Putin Qərbin Donbassda qurbanlara əhəmiyyət verməməsini “mənəvi və əxlaqi deqradasiya, tam insanlıqdan çıxma” adlandırıb.
- Putin deyib ki, Kiyevin nüvə silahı yaratmaq istəyi real təhlükə idi. O qeyd edib ki, Kiyev kənar yardımla nüvə silahı yarada bilər, onun məqsədi Rusiya olacaq.
-Putin bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatı ciddi şəkildə planlara uyğun olaraq uğurla inkişaf edir. Xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin taktikası özünü tam doğruldub.
-Rusiya prezidenti bildirib ki, əməliyyat başlamazdan əvvəl Moskva Kiyevə qoşunlarını Donbassdan çıxarmağı təklif edib, lakin onlar bundan imtina ediblər.
- "Kiyevin Donbas və Krıma hücumu an məsələsi idi, Rusiya bunun qarşısını aldı", -Putin deyib.
- Putin deyib ki, Rusiya Federasiyasının Ukraynadakı xüsusi hərbi əməliyyatdan başqa öz təhlükəsizliyini təmin etmək üçün başqa variantı yoxdur. Moskva heç vaxt Ukraynanın Rusiyaya qarşı təhdidlər üçün tramplin rolunu oynamasına icazə verməyəcək.
-Putin bildirib ki, Qərb Kiyevi silah-sursatla, kəşfiyyatla təmin etməklə, məsləhətçilər və muzdlular göndərməklə qanı davam etdirməyə sövq edir. Kiyev rejimi Ukrayna xalqının taleyinə biganədir, ona “anti-Rusiya” yaratmaq tapşırığı verilib.
-Putin Qərb dövlətlərinin sakinlərinə müraciət edərək, Rusiyanın düşmən hərəkətləri ilə bağlı iddiaları yalan adlandırıb.
-Putin bildirib ki, Rusiyanın qarşısını almaq siyasəti Qərbin uzunmüddətli strategiyasıdır. (Marja)