“Penti” dünən təşkil etdiyi tədbirdə yeni reklam simasını açıqlayıb.
FED.az Marketinq Türkiye-yə istinadən xəbər verir ki, brend yeni mövsümdə aktrisa, “Annem” filmi ilə yadda qalan Özge Gürel ilə razılığa gəlib.
Eləcə də bax:“İPhone 12” gəlir: QİYMƏTİ AÇIQLANDI
Tədbir çərçivəsində “Penti”nin yeni reklam filmi də nümayiş edilib. Kampaniyada “Sizcə gözəllik nədir?” sualına cavab verən Özge Gürel, hər kəsi daxilindəki gözəlliyi tapmağa dəvət edib və deyib ki: “Pentinin siması olmaq, ən əsası isə bu məsələyə toxunmaq məni çox xoşbəxt edib. Yeni dünyada gözəllik anlayışı razı salmağa oxşayır. Bir şeylərə gözəl deyirlər və biz də bir müddət buna inanırıq. Amma gözəllik fərqlilikləri qəbul etmək və sevməkdir. Sənə aid olanı mənimsəməkdir. Bütün dövrlərin yeganə dəyişməyən qaydası özün olmaq və yaxşı hiss etməkdir. Əlbəttə ki, şərtlər nə olursa olsun anda qalıb, yaşadığımız hər şeyin gözəlliyini hiss etməkdir”.
Tədbirdə “Penti”nin CEO-su Mert Karaibrahimoğlu da çıxış edib: “Bütün qadınlar bizim üçün çox dəyərlidir. Ən böyük arzumuz qadınların öz dəyərlərinin fərqində olmaları, özlərini sevmələri və ətrafındakı hər kəsə sevgi ötürməyə davam etmələridir. Bu, reklam filmi ilə həqiqi gözəlliyin onların içində olduğunu xatırlatmaq istədik. Penti həmişə mənimlədir deyə biləcəyiniz bir il daha olacaq”.
©Facemark.az