“Xiaomi” şirkəti “Redmi 8” smartfonunu təqdim edib. Yeni qurğunun əsas özəlliyi onun avtonomluğu və çəkilmiş şəkillərin keyfiyyətidir.
Eləcə də bax:Ən sürətli enerji toplayan telefonlar hansılardır? – SİYAHI
FED.az xəbər verir ki, “Redmi 8” aparatı HD təsvir ölçülü 6,22 düymlük IPS ekranla təchiz edilib. Qurğunun displeyi “Gorilla Glass 5” şüşəsi ilə qorunur. Smartfon “Qualcomm Snapdragon 439” prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir. Yeni smartfon 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, istehsalçı “USB Type©-C” portundan istifadə sayəsində 18 vatlıq sürətli simli şarj texnologiyasını əlavə etməyi unutmayıb. Əsas kamera 12 və 2 meqapiksellik ikiqat moduldan ibarətdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.
©Technote.az