Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuşa (Dilican mahalı - red.) səfərinin nəticələri artıq üzə çıxmağa başlayır.
"Azərbaycanla delimitasiya Tavuş vilayətindən başlayacaq"
FED.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Belə ki, N.Paşinyan səfərindən sonra ona qarşı yerli KİV-də çıxış edən erməniləri cəzalandırmaq qərarına gəlib. Məhz bu səbəblə əraziyə - Əskipara, Bağanis və ətraf məntəqələrə xüsusi polis dəstələri göndərilib. Bununla Paşinyan hökuməti yerli sakinlərə gözdağı verməyə çalışır. Polislər mediaya müsahibə verən kənd sakinlərini tapıb onlarla izahat işi aparırlar və bu cür müsahibələrin yolverilməz olduğuna “inandırmağa çalışırlar”. (Oxu.az)