Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq.
Təcili: Azərbaycan öz kəndlərinin azad olunmasını tələb edir - 8 KƏND, SİYAHI AÇIQLANDI
FED.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, yaxın günlərdə Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd edib.
N.Paşinyan deyib ki, delimitasiyaya başlamaq üçün vəziyyət bütövlükdə təhlil olunmalıdır: “Danışıqların gedişindən ərazi mübadiləsi edə biləcəyimiz təəssüratı yaranıb. Mənə elə gəlir ki, belə ehtimal çox azdır“. (Report)