"Ermənistan hakimiyyəti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına çalışır və bu işdə respublika xalqının köməyinə ümid edir".
Azərbaycan-Ermənistan delimitasiya prosesinin davam etdirilməsi üçün tapşırıq verilib
FED.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistanla Azərbaycan arasında sülh olacaq, müharibə yox. Və mahiyyət etibarı ilə, biz bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və işləməkdə davam etməliyik. Və ehtimal edirəm ki, erməni xalqı bu məsələdə bizə kömək edəcək, mən buna əminəm", - deyə Paşinyan qeyd edib.
***
"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya (beynəlxalq müqaviləni, sazişi rəsmən imzalanana qədər ilkin imzalamaq - red.) bilər".
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Bəli, belə bir ideya da var. Belə bir fikir müzakirə masasındadır", - deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir. (Oxu.az)