Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində əməli işlər davam etdiriləcək.
FED.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat məlumatında bildirilib.
Qeyd edilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.