Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub.
Eləcə də bax: Erməni nazir uğursuz PUA sınağına görə - İstefa Ərizəsi Yazıb
FED.az xəbər verir ki, V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən “Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb.
“Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, - V.Kerobyan söyləyib.
Qeyd edək ki, V.Kerobyan bu vəzifədə noyabrın 24-də istefa verən Tiqran Xaçatryanı əvəzləyib. (Report)