Ermənistanda yerli pilotsuz uçan aparatların (PUA) sınağı baş tutmadığı üçün ölkənin nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan bu yaxınlarda istefaya göndəriləcək.
Eləcə də bax: Vətən Müharibəsinin uçan qəhrəmanları - PUA-ların Təqdimatı - VİDEO
FED.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” nəşri yazıb.
“Müharibə zamanı çoxlu maraqlı hadisələr və uğursuzluqlar baş verib. Onları yavaş-yavaş öyrənəcəyik. Hökumətin bəzi məmurları döyüş zamanı təcrübə keçirməyə cəhd göstərib. Onlardan biri də nazir Akop Arşakyan olub. O, Gorusda PUA-nın sınağını keçirmək üçün özü ilə çoxlu sayda adam aparıb. O, PUA-nı kamera və insanların gözü qarşısında havaya qaldırsa da, bir neçə metr qalxdıqdan sonra PUA yerə düşüb. Məsələ ilə bağlı nazirlikdən şərh vermədiklərini bildiriblər”, - məqalədə qeyd olunub.
Bildirilib ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.(Report)