“İlin sonuna qədər Azərbaycanla sülh sazişi imzalanmalıdır”.
Eləcə də bax: Paşinyan: “Müzakirələr asan olmadı”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kommunist partiyasının deputatları ilə keçirdiyi qapalı görüşdə deyib.
Xatırladaq ki, erməni politoloq Andranik Ovannisyanın məlumatına görə, Nikol Paşinyanın fərmanı ilə ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanmasına hazırlıqla məşğul olan İşçi Qrup yaradılıb. O bildirib ki, sazişin imzalanması tarixi ilə bağlı dəqiq məlumat olmasa da, saziş cari ilin noyabrında baş tuta bilər.