Norveç vətəndaşları Neft Fondlarındakı pullarını götürmək istəyirlər.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda fondda 1,1 trilyon dollar vəsait yatırılıb. Uzun müddət yığılan vəsaitlər fantastik məbləğə çatıb və indi ökə vətəndaşları vəsaitlərin onlara paylanılmasını istəyirlər.
Necə oldu ki, Norveçin Pensiya Fondu dünyanın ən böyük əmlak sahibinə çevrildi? – BİZNES TARİXİ
Norveç əhalisinin 5,3 milyon nəfər olduğunu nəzərə alanda, fondun pulları bölünərsə, adam başına 200 min dollar vəsait düşür.
Bununla yanaşı, fondun idarə edən Norveç Bankı rəhbərliyi bildirib ki, insanların bu barədə müzakirə aparması yaxşı hal olsa da, həmin fond gələcək nəsillər üçün nəzərdə tutulub.
Eləcə də bax: İranda benzinin qiymətinin bahalaşmasına görə əhaliyə - KOMPENSASİYA VERİLƏCƏK