ABŞ-da ilin əvvəlindən bəri ən bahalı mal taxta olub. “Financial Times” qəzetindəki xəbərlərə görə, istehsalçılar koronavirus zamanı tələbin azalacağını hesablayaraq istehsalını azaltmışdılar. Ancaq əksinə oldu. Evlərində qalan insanlar, yaşayış sahələrini genişləndirmək və abadlaşdırmaq üçün sanki taxta almağa axın etdilər.
Eləcə də bax: «Dünya Fabriki»nin sonu – ŞİRKƏTLƏR ÇİNİ TƏRK EDİRLƏR
FED.az xəbər verir ki, ABŞ-da taxta qiymətləri ilin əvvəlindən təxminən 104% artıb ki, bu da təxminən dörd qat artım deməkdir.
1000 parça taxtanın qiyməti 828 dollara yüksəlib. Təkcə ötən həftə qiymətlər 18 faiz bahalaşıb..
Tarixin ən şiddətli tələb dövrü
Taxta dükanı brokeri Robin Kros "Bu taxta satışı tarixindəki ən şiddətli tələb dövrüdür. Epidemiya Şimali Amerikada yayılmağa başlayana istehsal azaldıldı. Epidemiyadan əvvəl tikinti sektorundakı dinamizm səbəbindən səhmlər aşağı idi. Bu, qiymətlərdə öz əksini tapdı. İstehsalçılar taxtaya olan tələbi çox səhv qiymətləndiriblər". deyib.
Şimali Amerikadakı ən böyük ağac istehsalçısı “West Fraser”in satış üzrə vitse-prezidenti Cris McIver "Epidemiya zamanı çölə çıxa bilməyən insanların çoxu yeni bir otaq, yeni balkon tikməyə qərar verib. Buna görə də taxtaya olan tələb artdı" deyə qeyd edib.
Karantindən sonra şəhər həyatından qaçan və kənd yerlərinə köçənlərin sayı da kifayət qədər artıb. Bu insanlar aldıqları ərazidə özləri üçün bir ağac evi tikdirdilər və ya aldıqları evləri təmir etməyə başladılar. Aşağı bank kreditləri də buna əlavə edilincə ABŞ-da taxta tapmaq çətinləşdi.
Taxta istifadə və istehsal baxımından dünyada ən çox istehsal olunan materiallardan biridir. Lakin ticarət həcminin azlığına görə indiyə qədər qlobal bir bazar formalaşmamışdı.
ABŞ-da yaşanan taxta çatışmazlığından sonra Rusiya və Avropa istehsalçıları bu ölkəyə taxta satmağa başlayıblar. Kanadalı istehsalçılar isə Asiyaya satışlarını azaltdı və taxtaları qonşu ABŞ-a göndərirlər.
Milli Ev İnşaatçıları Dərnəyi keçən həftə verdiyi açıqlamada taxta qiymətlərində olan artımın ABŞ mənzil bazarına əngəl yaradacaq qədər bahalaşdığını söyləyib.