Dünyadakı qlobal (yəni bir neçə ölkədə işləyən) şirkətlərin artıq üçdə biri istehsalı və təchizat zəncirini Çindən kənara çıxarıblar və ya qarşıdakı 2-3 ildə bunu etməyə hazırlaşırlar.
Eləcə də bax: "Çinin "dünya fabriki" olduğu günlər keçmişdə qaldı"
FED.az xəbər verir ki, bu beynəlxalq analitika şirkəti olan «Gartner Inc»in keçirdiyi sorğuda məlum olub. Digər şirkətlər isə Çindən qarşıdakı 5 ildə çıxmağa hazırlaşırlar.
Səbəbi Çində istehsal şəraitinin pisləşməsi, daha dəqiqi bəzi hallarda təhlükəli olmasıdır.
Çində istehsal üçün yaradılmış komfortlu şərait artıq 3-cü ildir ki, dağılmaqdadır. «Dünya fabriki»nə (Çini belə adlandırırlar) ilk zərbə 2018-2019-cu illərdə ABŞL-Çin və ABŞ-Avropa ticarət müharibələrində dəydi. Pandemiya isə qlobal şirkətlərin Çindən getməsini və qlobal təchizat zəncirində Çin ehtiyat hzissələrindən imtinanı sürətləndirdi.
«Bank of America»nın (BofA) araşdırmasına görə, qarşıdakı 5 ildə Amerika və Avropa şirkətləri Çindən çıxmaq üçün xərci 1 trilyon dollara çatacaq.
Dünyadakı qlobal şirkətlərin 80%-i pandemiya və ölkələr arasında sərhəblərin bağlanması nəticəsində təchizat zəncirinin qırılması ilə üzləşdilər. Nəticədə bu şirkətlərin 75%-i qərara gəlib ki, istehsalı xaricdən öz ölkələrinə köçürsünlər. Ticarət tariflərinin artması və karatni isə bəzim ölkələri məcbur edib ki, Çindəki tərəfdaşlarını Vyetnam, Hindistan və Meksika ilə əvəz etsinlər.
«Gartner Supply Chain Practice»nin nümayəndəsi Kamala Raman bildirir ki, «Qlobal təchizat zənciri Covid-19-dan hələ əvvəl dağılmağa başlamışdı. Və bunun səbəbi ticarət müharibələri idi. Artıq 2018-2019-cu illdərdə ABŞ və Çin arasında ticarət müharibəsi şirkət rəhbərlərini məcbur etdi ki, öz qlorbal təchizat zəncirlərində zəif yerləri görsünlər və autsorsinq prinsipinə yenidən baxsınlar».
Dünya iqtisadiyyatının pandemiyadan zərəri isə gözləniləndən daha artıq oldu. Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadi bərpası ilə bağlı pronozları pisləşdirib. Fond proqnoz edirki, 2020-ci ildə dünya ÜDM-i 4,9% geriləyəcək. Halbuki apreldə geriləmənin 3% olacağı güman edilirdi.
Maraqlıdır ki, Çindən başhqa büğtün ölkələrdə geriləmənin olacağı günman edilir. Dünyada ən böyük ABŞ iqtisadiyyatı 8% geriləyəcək. Çində artım 1% təşkil edəcək. Avropada isə iqtisadi geriləmə 10,2% təşkil edəcək. Avropa Birliyinin ən böyük iqtisadiyyatı olan Almaniyada iqtisadi geriləmə 7,8%, digər ölkələrdə isə orta hesabla 13% təşkil edəcək.