Fransa prezidenti, ermənilərə xüsusi rəğbətilə tanına Emmanuel Makron yerli televiziyaya müsahbəsində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən Azərbaycanın əleyhinə əsassız ittihamlar səsləndirib.
Eləcə də bax: Leyla Abdullayeva Fransa xarici işlər nazirinin ermənipərəst bəyanatına - CAVAB VERİB
FED.az xəbər verir ki, Aransa prezidenti biz Ermənistanı tək qoymayacağıq, bizim dəyərlərimizi nə neft, nə də qazla almaq olmaz» deyərək Azərbaycanın neft qazına işarə edib..
Makron bilirib ki, Ermənistanın Fransa ilə xüsusi əlaqələri var.
Fransa prezidenti Azərbaycanın Qarabağ ərazisini mübahisəli ərazi adlandırmaqdan da çəkinməyib: «İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə olub, lakin Qarabağ bu ölkənin ürəyində olduğu üçün Ermənistan Qarabağda olub. Azərbaycan çoxsaylı qurbanları və amansız səhnələri ilə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi»-deyə Fransa prezidenti Azərbaycanın beynəlxalq səviyyə tanınan sərhədlərinə hörmətsizlik nümayiş etdirib.
«Bu ilin sentyabrında Azərbaycan sərhəddə bir neçə hücum əməliyyatına başlayıb, bəlkə də ərazisinin bir hissəsindən digərinə dəhliz açmaq üçün. Biz bunu birmənalı olaraq qınadıq. Biz Avropa Şurasının prezidenti ilə birlikdə Ermənistanın baş nazirini və Azərbaycan prezidentini bir araya topladıq və qərara gəldik ki, ilk növbədə, tərəflər 1991-ci il sərhədlərinin tanınması ilə bağlı öhdəlik götürsünlər».
Makron bildirib ki, hazırda bölgədə Rusiya və Azərbaycana yaxın olan Türkiyə möhkmlənmək istəyir. Fransa prezidenti Rusiyanı da münaqişəni qızışdırmaqda və Azərbaycanı dəstəkləməkdə ittiham edib: «Bəs artıq iki ildir bu sərhəddə nə baş verir? Orada 5 min rus əsgəri var. Bu münaqişənin mərkəzində münaqişə dayanır. Rusiya bu münaqişədən sui-istifadə edərək münaqişəyə müdaxilə etdi və Türkiyənin şərikliyi ilə açıq-aşkar Azərbaycanın oyununu oynadı və Ermənistanı zəiflətmək üçün ora qayıtdı. Burada baş verənlər isə hamımızı zəiflətmək və parçalamaq üçün Qafqazda iğtişaşlar yaratmağa çalışan Rusiyanın sabitliyi pozan manevridir».
«Biz ermənilərdən əl çəkməyəcəyik» deyən Makron ölkəsinin Azərbaycan qazı almadığını bildirib: «Fransa Azərbaycan qazını almır, razılaşma yoxdur. Təbii ki, bir neçə Avropa ölkəsinin qaz müqavilələri var. Fransaya və Avropanın səsinə gəlincə, düz sizin gözünüzün içinə və bütün soydaşlarımızın qarşısında deməliyəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz qaza və ya neftə satın alına bilməz».
Qeyd edək ki, 30 ilə yaxın müddətdə keçmiş Minsk qrupunun həmsədri olan Fransanın prezidenti Emmanuel Makron indiyədək də dəfələrlə Ermənistanı dəstəkləyən və Azərbaycana qarşı əsassı ittihamların səsləndiyi çıxışlarla yadda qalıb.