Rusiyanın hücumuna və artıq 4 ildir ki, davam edən müharibəyə baxmayaraq Ukrayna iqtisadiyyatı sabitliyini qoruyub saxlayır.
68 min dollardan 365 min dollaradək - Rusiya və Ukrayna ölən hərbçilərə görə nə qədər pul ödəyir? - MƏBLƏĞLƏR, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) flaqman iqtisadi hesabatında deyilir.
Hesabatda bildirilir ki, 2025-ci ildə ölkədə iqtisadi artım 2% təşkil edib.
Avropa Bankı bu il də Ukraynada güclü olmasa da, iqtisadi artım olacağını gözləyir. Hərçənd müharibənin bu il başa çatmayacağı məlum olandan sonra bankın proqnozları da pisləşib.
Belə ki, bir qədər əvvəl müharibənin 2026-cü ildə başa çatacağı gözləniləndə Bank proqnoz vermişdi ki, Ukraynada iqtisadi artım 5% olacaq. İndi isə bankın proqnozuna görə, ölkədə iqtisadi artım 2026-cı ildə 2,5 faiz, 2027-c ildə isə 4 faiz olacaq.
Hesabatda deyilir ki, müharibəyə və onun gətirdiyi iqtisadi və insan itkilərinə baxmayaraq Ukrayna hakimiyyəti, müəssisələri və tərəfdaşları iqtisadiyyatı sabitləşdirmək üçün güclü potensial nümayiş etdiriblər.
Belə ki, 2025-ci ildə müharibə nəticəsində enerji çatışmazlığı, kənd təsərrüfatı məhsullarının zəifləməsi və davam edən işçi qüvvəsinin çatışmazlığı artıma mənfi təsir göstərib.
Bir tərəfdən də Rusiyanın infrastruktura qarşı yönəlmiş hücumları davamlı logistika maneələri yaradıb. Ölkədən taxıl ixracı azaldıqca və Avropa İttifaqının (AB) müvəqqəti ticarət güzəştləri sona çatdıqca Ukraynanın xarici ticarət kəsiri artıb. Buna baxmayaraq, bir çox sektorlar güclü dayanıqlığı və firmaların fasilələrə baxmayaraq effektiv fəaliyyət göstərmə qabiliyyətini əks etdirən uyğunlaşmaya davam edib.
Ümumiyyətlə, Ukraynada real iqtisadi artım 2025-ci ildə zəif qalsa da, ilin sonlarında artım güclənib. Belə ki, 3-cü rübdə illik artım 2,1 faiz, dördüncü rübdə isə 3 faiz olub.
2025-ci ildə Ukrayna hökuməti valyutanı sabit saxlaya bilib, inflyasiya isə illik 7,4%-ə düşüb.
Bununla yanaşı, hesabatda deyilir ki, artıma baxmayaraq ölkəyə maliyyə dəstəyi davam etməlidir. Ukraynanın çatışmayan xərcləri, o cümlədən müdafiə xərcləri və maaşlar tamamilə xarici ölkələr tərəfindən ödənilir. Təkcə 2026-27-ci illərdə xarici ölkələr Ukraynaya 110 milyard avro maliyyə dəstəyi verəcəklər.
Təkcə Avropa Yenidənqurma və İnkişaf Bankı Ukraynaya 2022-ci ildən bəri 9 avrodan çox vəsait ayırıb.











