2022-ci ilin sonuna Ukrayna dövlət büdcəsinin kəsiri 30 milyard dollara çata bilər.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin büdcəyə dəyişikliklər barədə təklifindən sonra məlum olub.
«The Wall Street Journal»ın məlumatına görə, müharibəyə görə, Ukraynanın dövlət büdcəsinn kəsiri hər ay 5 milyard dollar təşkil edir.
Büdcə xərclərinin 60%-i müharibə ilə əlaqəli xərclərə sərf edilir.
Vergi yığımları isə dövlətin xərclərinin yalnız 40%-ni ödəməyə imkan verir.
İlkin qiymətləndirmələrə görə, bu il Ukrayna iqtisadiyyatı 30% azalacaq. Hökumət bu azalmanı v büdcə kəsirini xarici dəstəyin hesabına bağlamağa çalışır.