Liviyanın Milli Razılıq Hökuməti hərbi yardımla bağlı Türkiyəyə rəsmi sorğu ilə müraciət edib.
FED.az xəbər verir ki, Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti rəsmi Ankaradan "hava, quru və dəniz" qoşunları ilə bağlı hərbi yardım istəyib.
Eləcə də bax: Almaniya və Fransa Türkiyəyə – SİLAH SATIŞINI DAYANDIRDI - MƏBLƏĞLƏR
Daha əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır. O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.