Türkiyə Silahlı Qüvvələrinin Firat çayının şərqində başladığı «Sülh çeşməsi» hərəkatının 5-ci günündə Fransa və Almaniya Türkiyəyə silah satışını dayandırdığını elan edib.
Almaniya və Fransa ilk deyildi
FED.az xəbər verir ki, Fransa və Almaniyanın silah satışı qadağasından əvvəl İsveç, Niderland, Finandiya və Norveç də Türkiyəyə silah satışını dayandırmışdı.
Eləcə də bax: ABŞ və Rusiya BMT TŞ-da Türkiyə əleyhinə bəyanata - VETO QOYUB
Hərçənd bu qadağanın real təsiri sıfıra yaxındır. Belə ki, Türkiyə 2008-2017-ci illərdə Niderland və Finlandiyadan heç bir silah almayıb, Norveçdən isə cəmi 12 milyon dollarlıq müdayiə məhsulu almışdı.
Fransadan silah idxalı əvəzedilməz deyil
Türkiyə indiyədək Fransadan tanklar üçün raket almışdı və bu idxal o qədər də mühüm sayılmır. Belə ki, 2008-2017-lərdə Türkiyə Fransadan cəmi 23 milyon dollarlıq silah idxal edib.
Almaniyadan idxal 15-20 milyon dollarlıq həddə olub
Fransadan fərqli olaraq Türkiyə Almaniyadan daha çox silah alıb. 2008-2017-ci illərdə Almaniyadan idxal olunan silah sursatın həcmi 757 milyon dollar olub. Amma bunun 90%i 2008-2013-ci illərdə gətirilib. Belə ki, Türkiye son 5 ildə Almaniyadan silah idxalını 15-30 mliyon dollara endirib.