DEİK-in Livan İş Şurası Başçısı Abdülqadir Akkuş ölkənin iqtisadi vəziyyəti ilə bağlı “Bloomberg HT”yə açıqlamasında iqtisadiyyatın bərpa edilməsi üçün beynəlxalq maliyyə qurumlarına ehtiyac olduğunu vurğulayıb.
Eləcə də bax: Livan aclıq ərəfəsində - İMKANI OLAN ÖLKƏDƏN QAÇIR
FED.az xəbər verir ki, bununla yanaşı, Livanda banklardakı xarici valyuta depozitləri əlçatımlı olmadığını bildirən Akkuş bank tərəfindən bloklanmış çeklərin bazar dəyərindən 50-60 % ucuza nağdlaşdırmağın mümkün olduğunu bildirib.
Eləcə də bax: Azərbaycan Livana 1 milyon dollar - YARDIM EDƏCƏK
"Banklarda xarici valyuta və ya dollar əmanətləri əlçatımlı deyil, ticarət bloklanmış çeklərlə aparılır" deyən Akkuş "Bu çekləri sərbəst bazarda dəyərlərindən 50-60 % aşağı qiymətə nağdlaşdırmaq mümkündür. 100 min dollarlıq çeki nağdlaşdırmaq istəyirsinizsə, alacağınız pul 35-40 min dollar civarındadır ”deyə bildirib.
Son bir ayda nə baş verib?
Koronavirus epidemiyası davam etdiyi bir dövrdə kimyəvi maddələr saxlanılan liman anbarında baş verən partlayış maliyyə problemləri ilə mübarizə aparan Livan iqtisadiyyatını daha da sarsıtdı.
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) yayımladığı hesabata görə, ölkədəki ziyan 7 milyard dollar civarındadır. Bu məbləğ ümumi daxili məhsulun 14% -nə bərabərdir.
Partlayışla ölkədəki idxalın 75 %-nin reallaşdığı Beyrut Limanı tamamilə yararsız hala gəldi.
Hökümətin istefasını elan etməsi ilə birlikdə BVF və Dünya Bankının ölkəyə maddi cəhətdən kömək edəcəyi ilə bağlı gözləntilər də gücləndi. Ölkədəki siyasi sinif və sistemin illərdir gərəkli islahatları həyata keçirə bilməməsi səbəbindən beynəlxalq maliyyə qurumları maliyyə yardımı etməkdən ehtiyatlanırdılar.
Mustafa Ədibin 31 avqustda Baş nazir təyin olunması ölkəyə maliyyə dəstəyi edilmə ehtimalını gücləndirib.
Baş nazir kimi ilk çıxışında Ədib yeni hökuməti ən qısa müddətdə quracağına və BVF ilə koordinasiyalı təməl islahatlar həyata keçirəcəyinə söz verdi və parlamentdəki əksəriyyətin dəstəyini aldı.
"Siyasətçiləriniz bir daha uğursuz olarsa, Livana kömək etməyəcəyik"
Hökumət dəyişikliyini və iqtisadiyyatı haqqında açıqlama verən JHC-nin maliyyə bazarları üzrə məsləhətçisi Cihad el Hokayem Baş nazir Ədibin arxasında yerli və digər xarici dəstəyini ala bildiyini, yalnız 2019-cu ilin oktyabr etirazlarını dəstəkləyən kiçik bir qrupun Ədibi çox da dəstəkləmədiyini bildirib.
1 sentyabrda Livanda keçirdiyi mətbuat konfransında danışan Fransa prezidenti Emmanuel Macron fərqli partiyaları Baş nazir Ədibə dəstək verməyə inandırdı və hökumətin ən qısa müddətdə qurulmasına və islahatların tədricən edilməsinə çağırdı.
Hökumətin iki həftə ərzində qurulması, islahatların 6-8 həftə ərzində başa çatdırılması gözlənilir.
"Livana “məbləğsiz” çek verilmədi" deyən Macron, "Siyasətçiləriniz bir daha uğursuz olarsa, Livanın köməyinə gəlməyəcəyik" dedi.
Olası korrupsiya halında Avropa Birliyi tərəfindən sanksiyaların tətbiq oluna biləcəyini deyən Macron bunların "ortaq etibar və razılaşma prosesi" içində olduqları üçün hazırda gündəmdə olmadığını bildirdi.
"Livanda işsizlik 60 %-i keçə bilər"
"Əgər belə davam edərsə, işsizliyin 60 %-i keçəcəyini və ÜDM-nin 2020-ci ildə 45 %-ə yaxın azalacağını gözləyirəm" deyən Cihad əl Hokayem ölkənin dörd ən əhəmiyyətli sektoru olan turizm, səhiyyə, təhsil və bank sektorunun geriləməkdə olduğunu qeyd etdi.
Hokayem ölkənin qısa və orta müddətdə davamlı və əhatəli bir iqtisadi böyümə əldə edə bilməsi üçün azad və etik gəncliyin beynəlxalq cəmiyyət tərəfindən dəstəklənməsinin lazım olduğunu vurğuladı.
Beynəlxalq Maliyyə İnstitutu (IIF) tərəfindən yayımlanan Livan iqtisadi hesabatında bərpa ilə əlaqədar iki əsas ssenari qeyd edilmişdi.
Livan üçün ehtimal olunan iki ssenaridən hansı baş verəcək?
“A” ssenarisində qeyd olunur ki, ölkə qəti iqtisadi və siyasi islahatlar edərsə və BVF-nin siyasətini tətbiq edərsə, 2021-ci ildən sonra 4,5-6,5% -lik böyümə rəqəmlərinə nail ola bilər.
"B" ssenarisində isə siyasi və iqtisadi islahatların aparılmaması və BVF siyasətinin həyata keçirilməməsi təqdirdə yaranan mənzərə var. Bu vəziyyətdə iqtisadi artımın yalnız 2023-cü ilə qədər müsbət olacağı proqnozlaşdırılır. Bu böyümənin isə 1,2-1,7 % səviyyəsində qalacağı təxmin edilir.
Macronun hökumətin qurulması və təcili islahatlar üçün təzyiqləri nəticə verərsə, böyük ehtimalla BVF ilə razılığa gəlinəcəkdir. Ancaq ölkənin siyasi dinamikası hökumətin nə dərəcədə işləməsinə və islahatların aparılmasına imkan verməsi və imkan verəcəyi təqdirdə qazancların nə qədər qorunub saxlanıla biləcəyi əsas məsələdir.