Livan bir tərəfdən iqtisadi böhranla, digər tərəfdən koronavirus epidemiyası ilə mübarizə aparır. İki böhranın birləşməsi ölkəni çox çətin vəziyyətə salıb.
Eləcə də bax: Ukraynada kommunal borcu olanların xaricə getməsi - QADAĞAN OLUNUR
FED.az xəbər verir ki, “Business Insider”dəki xəbərə görə, Livan funtu oktyabr ayından bəri 80 faiz ucuzlaşıb. Eyni dövrdə ərzaq qiymətləri təxminən 56% artıb. Ölkədə yaşayan, mühasibat köməkçisi olaraq çalışan Suriya iqtisadiyyatı müəllimi olan Məhəmməd, “Dollar böhranına qədər mənim aylıq maaşım 15-20 gün yaşamaq üçün yetərli deyildi. İndi eyni pulla yalnız 5 gün dolana bilərəm! Sadəcə həyatda qalmaq üçün belə kifayət qədər pul xərcləyirik. Biz daim borc alırıq. Düşünürəm ki, iyulun sonunda hamımızı işdən azad edəcəklər."
Yoxsulluq səviyyəsi 75%-ə çatır
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, aprel ayının sonundan bəri əhalinin yarısı qida əldə etməkdə çətinlik çəkir. Təxminən 6 milyon əhalisi olan Livanda oktyabr ayından bəri iş yerlərini itirənlərin sayı 300 mini keçib. Dünya Bankının məlumatına görə, qısa müddət ərzində əhalinin 75% yoxsulluq həddində yaşayacaq.
Çörəyin qiyməti 1 həftədə 33% bahalaşıb
Ümumiyyətlə, 1 ABŞ dolları 1500 Livan funtu olaraq satılır. Bununla birlikdə, bu rəqəm qara bazarda 4000 Livan funtuna çatır.
Yalnız bir həftədə çörək 33% bahalaşıb. Çörəyin qiyməti 10 ildə ilk dəfə dəyişib. Əhali dərman və benzinin qiymətinin qısa müddət ərzində artacağından narahatdır.
İmkanı olanlar ölkədən qaçırlar
Talin Kanledgian adlı bir livanlı "supermarketə getsən, ağlamağa başlayacaqsan! Tanıdığım hər kəs depressiyadadır” deyib. Epidemiya səbəbiylə bağlanan hava limanları yenidən açıldı. Başqa ölkələrə getmək imkanı olanlar bunun üçün hərəkətə keçdilər. Fransız pasportu olan və adının çəkilməsini istəməyən bir livanlı "Ölkəmi təkrar tərk etmək istəmirəm, ancaq baxacağım bir ailəm var" deyib.
Efiopiyalı qulluqçular işdən azad olundular!
Ölkədəki vəziyyət o qədər pisdir ki, hətta Livanın varlı ailələri də Efiopiyalı qulluqçularını işdən çıxartdılar, çünki maaşlarını verməyə gücləri çatmırdı! Efiopiyalılar ölkələrinin Beyrutdakı səfirliyi qarşısında ayağa qalxmağa başlamışdı.
Livan hökuməti vəziyyəti düzəltmək üçün BVF ilə danışıqlar aparsa da, hələ nəticə əldə etməyib.