Livan hökuməti istefa verib.
FED.az "apa"ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri bildirib.
Bununla da Livan hökuməti ölkə əhalisinin tələblərindən birini yerinə yetirib. Vətəndaşlar həm də parlamentin buraxılmasını və islahatların həyata keçirilməsini tələb edirlər.
Qeyd edək ki, Beyrut limanında baş verən partlayışdan sonra ölkədə nümayişlər keçirilir.
Avqustun 4-də baş verən partlayışda 200 nəfərin həlak olduğu, onlarla insanın itkin düşdüyü, 6 minədək insanın yaralandığı bildirilir.