Belarusda keçirilən prezident seçkiləri tamamilə gözlənilməz nəticələrə səbəb olub.
FED.az xəbər verir ki, seçkinin başa çatmasına və rəsmi nəticələrə görə, indiki prezident Lukaşenkonun böyük fərqlə – MSK bildirir ki, Lukaşenko 82%, onun əsas rəqibi müxalifətçi Svetlana Tixanovskaə 10% - qabaqda olmasına baxmayaraq, əhali seçkilərin saxtalaşdırıldığını bildirərək küçələrə axışıb.
Belə ki, ekzit polların nəticələri seçkilərdə Lukaşenkonun əslində məğlub olduğunu, S vetlana Tixanovskayanın qalib gəldiyini (71%, 16%-ə qarşı) göstərir.
Müxalifət namizədinin tərəfdarları isə onun 80%-dən çox səs topladığın bildirirlər.
Artıq Minsk və başqa şəhərlərdə əhali ilə milis və daxili qoşunlar, eləcə də OMON-çular arasında qarşıdurma başlayıb və bir sıra şəhərlərdə milis etirazçılara mane olmamağa çalışır.
Hazırda ölkədə internet zəifləyib, əksər sosial şəbəkələrin işində problem yaranıb.
Belarusdakı Telegram-kanallar bildirir ki, etirazçılar Minskin mərkəzində zibil yeşiklərindən barrikadalar qurmağa başlayıb.
Sürətlə sayı artan etiraz videolarında əhalinin OMON-çuları qovduğu göstərilir.