Litva Prezidenti Gitanas Nauseda Ukraynaya Krımdan imtina etməyi təklif edən amerikalı iş adamı İlon Maska cavab verib.
Eləcə də bax: “Tesla” səhmləri Maskın Ukrayna ilə bağlı tvitindən sonra - 9% UCUZLAŞIB
FED.az xəbər verir ki, Nauseda Rusiya ilə müharibəyə son qoymaq üçün neytrallıq elan etməyi tövsiyə edən Maska fikrini bildirib.
Prezident bu barədə öz “Twitter” hesabında yazıb.
“Hörmətli İlon Mask, kimsə sizin “Tesla”nın təkərlərini oğurlamağa cəhd edərsə, bu, onu avtomobilin və ya təkərlərin qanuni sahibi etməz”, – deyə Litva prezidenti qeyd edib. (Oxu.az)