Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə etdikləri sosial əhəmiyyətli obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.
Eləcə də bax: Putin rus qoşunlarının Qazaxıstandan çıxarılacağını - BƏYAN EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Sülhməramlılar texnika və materialları təyyarəyə yükləmək və daimi dislokasiya məntəqələrinə çatdırmaq üçün hazırlayırlar.
Qeyd edək ki, KTMT-nin sülhməramlı kontingentinin bu gündən etibarən Qazaxıstandan çıxarılmasına başlanılıb. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-i parlamentin iclasında məlumat vermişdi: “İki gündən sonra KTMT-nin vahid sülhməramlı kontingentinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Bu proses 10 gündən çox çəkməyəcək”.
Xatırladaq ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.