Rusiya qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çəkilməsi ilə əlaqədar olaraq Xerson vilayətinin statusunda heç bir dəyişiklik edilməyəcək.
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Xerson Rusiyanın subyektidir. Onun statusu qanunla müəyyən və təsbit edilib. Burada heç bir dəyişiklik ola bilməz”, - deyə Peskov qeyd edib.